Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DADP sədri Əlisahib Hüseynov: Bu, erməni blefindən başqa bir şey deyi

Erməni general Arkadi Ter-Tadevosyan öz ölkəsinin müdafiə naziri David Tonoyanı səriştəsizlikdə günahlandıraraq qeyd edir ki, “Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır. Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar?”

Bu məsələyə münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının  sədri Əlisahib Hüseynov qeyd edib ki, erməni generalın bu ittihamı və sualı təbii olaraq cavabsız qalıb: “Çünki Tonoyanın bu sual qarşısında heç bir tutarlı əks-arqumenti yoxdur. Nəzərə alsaq ki, Tonoyandan fərqli olaraq Ter-Tadevosyan peşəkar hərbçidir və o, nə danışdığını yaxşı bilir. Tonoyan kimi boş-boş danışmır, sözləri sağa-sola səpələmir. Ter-Tadevosyan nə Paşinyanın, nə də ki, Tonoyanın etiraf edə bilmədikləri başqa bir həqiqəti də dilə gətirib: “Bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim ki, bu cür bəyanatlarla özünü gülünc vəziyyətə saxlamasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır”.

 

“Xalq qəzeti”

13 2019 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə