Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DTX-nın 100 illiyi münasibətilə

Lənkəran Dövlət Universitetində Dövlət Təhlükəsizlik Xidmətinin  təşkilatçılığı ilə “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda konfrans keçirilib.

Universitetin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova  redaksiyamıza bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşlarının, LDU-nun professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən universitetin rektoru, professor Natiq İbrahimov dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi xidmətlərdən danışıb.

Konfransda mövzu ilə bağlı DTX-nin əməkdaşı Tural Məmmədovun məruzəsi dinlənilib. Natiq ölkəmizdəki sabitliyi, milli birliyi və tolerantlığı qorumağı hər bir gəncin ali vətəndaşlıq borcu olduğunu vurğulayaq qeyd edib ki, ölkəmizin ziyalı gənclərinin toplaşdığı qurumlarda, ali təhsil müəssisələrində keçirilən tədbirlər maarifləndirmə məqsədi daşıyır və ölkənin təhlükəsizliyinə yönəlib.

Konfransda Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

“Xalq qəzeti”

13 2019 11:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə