Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anar Bağırov: Azərbaycan Vəkillər Kollegiyasına qəbulda məhdudiyyət yoxdur

Anar Bağırov: Azərbaycan Vəkillər Kollegiyasına qəbulda məhdudiyyət yoxdur

Azərbaycanda hazırda 1503 nəfər vəkil fəaliyyət göstərir. Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədrinin  sözlərinə görə, kollegiya Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tədbirlərini davam etdirir: “Ötən ilin dekabr ayında vəkilliyə sənəd verən şəxslərdən 106 nəfər yazılı imtahanlardan uğurla keçib. Hazırda müsahibə mərhələsi davam edir. Ümid edirəm ki, may ayına kimi proses yekunlaşacaq və ikinci mərhələdən uğurla keçən namizədlər kollegiyaya üzv qəbul olunacaqlar”.

A.Bağırov bildirib ki, kollegiyada bir müddət əvvəl test imtahanı keçirilib: “171 nəfər namizəd artıq bu ilki imtahandan uğurla keçib və onlar da yaxın gələcəkdə müsahibəyə cəlb olunacaqlar. Hazırda sənəd qəbulu davam edir. Kollegiyaya qəbulda məhdudiyyət yoxdur”.

 

“Xalq qəzeti”

13 2019 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə