Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ingilis dilində

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı  casusluq aləti kimi” kitabı ingilis dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzi erməni xislətinin tarixi gizlinlərini üzə çıxaran “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabını (müəllif – akademik Ramiz Mehdiyev) ingilis dilində nəşr edib. 

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı siyasi-ideoloji fəaliyyətinin araşdırılması istiqamətində ilk elmi-tədqiqat işi olan əsər dövrün mənzərəsini, siyasi-ictimai proseslərin alt qatında baş verənləri ardıcıl şəkildə, tarixi dəlillər və faktlarla əks etdirir, XVII–XVIII əsrlərdə Vatikan tərəfindən Səfəvilər dövlətinə qarşı yönəldilmiş ideoloji casusluq fəaliyyəti, Qriqorian kilsəsinin bu çirkin oyunlarda katolik missiyalarla əlaqəsi, eləcə də Səfəvi şahlarının törədilən təxribatlara qarşı mübarizəsi maraqlı təhlillərlə işıqlandırılır. 
Kitab – tarixçilər, politoloq və şərqşünaslar, eləcə də Səfəvilər dövlətinin, Qriqorian kilsəsinin tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

 

13 2019 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə