Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsimi ili – Nəsimi dili”

“Nəsimi ili – Nəsimi dili”

Bakı Uşaq Teatrı böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr etdiyi festivala özünün “Bir teatr, bir festival” layihəsi çərçivəsində hazırladığı üçüncü “Bizim teatr festival”ını “Nəsimi ili”nə həsr edib. “Nəsimi ili – Nəsimi dili” adlı festival dünən Aktyor evində öz işinə başlayıb.

Bakı Uşaq Teatrı festivalının quruluşçu rejissoru, teatrın bədii rəhbəri--direktoru, Əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır.
Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış etmiş, müstəqil qəzəl təqdimatları və müxtəlif kompozisiyalar nümayiş etdirmişdir. Təqdimatlarda əsasən Nəsimi poeziyasının nümunələrinə fərqli yanaşmalara və yozumlara diqqət ayrılmışdır. Məqsəd Nəsimi yaradıcılığının ülviyyətini tamaşaçıya çatdırmaq və teatrda çalışan hər kəsə öz yaradıcılıq imkanlarını nümayiş etdirmək fürsəti verməkdir.
Bundan başqa, müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunublar. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti festivala qoşulmuşlar. Respublika İncəsənət Gimnaziyasının şagirdləri də festivalda qonaq qismində iştirak edirlər. Festival bu gün də davam edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bu ili ölkəmizdə “Nəsimi ili” elan edib. Böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyi bu il təkcə Azərbaycanda deyil, bütün türk dünyasında qeyd olunur.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

13 2019 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə