Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşmüşdür

AZAL prezidenti Batumi şəhərinin meri ilə görüşmüşdür

Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir. Səfər çərçivəsində o, AZAL prezidenti Cahangir Əsgərovla görüşmüşdür.
Görüşdə tərəflər bu il iyunun 14-dən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə etmişlər.
Cahangir Əsgərov bildirmişdir ki, Bakı–Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə – cümə və bazar günləri olacaq. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq. Belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir.
C.Əsgərov demişdir ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcəkdir.
Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirmişdir. Batumi şəhərinin meri qeyd etmişdir ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar. 

“Xalq qəzeti”

13 2019 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə