• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Hava proqnozu

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Gecə 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcəyə çatacaq.
Naxçıvan Muxtar Respublikasında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 31-36 dərəcə isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 18-23 , gündüz 29-34 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru ayrı-ayrı yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15 , gündüz 20-25 dərəcə isti olacaq. 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 31-36 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 20-23, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. 

30 2018 20:48 -

Ən son xəbərləri səhifəmizdən də izləyin