Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU əməkdaşı beynəlxalq mükafata layiq görülüb

ATU əməkdaşı beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Tibb Universitetinin əməkdaşı, insan anatomiyası və tibbi terminologiya kafedrasının baş müəllimi Səbinə Şadlinskaya beynəlxalq mükafata layiq görülüb. İJRULA  təşkilatın təsis etdiyi beynəlxalq mükafatların laureatı olub. Belə ki, ATU əməkdaşı “İnsan anatomiyası üzrə ən yaxşı araşdırmaçı” adına layiq görülüb. O, öz fəaliyyəti ilə innovasiyalar və texniki tədqiqatlara verdiyi töhfə üçün RULA mükafatına layiq görülüb.
Bundan əlavə, S.Şadlinskaya İJRULA beynəlxalq jurnalı tərəfindən ömürlük üzvlük sertifikatına layiq görülüb. Həmin jurnalda elmi tədqiqatı dərc olunan ATU təmsilçisi birgə tədris proqramı və araşdırmalar sahəsində qazandığı nailiyyətlərə görə təltif olunub.
Sertifikatlar İJRULA təşkilatının direktoru S.Abuthahir tərəfindən təqdim olunub.

“Xalq qəzeti”

 

13 2019 00:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə