Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TAP-ın Albaniya marşrutunda boruların 98 faizi xəndəyə endirilib

TAP-ın Albaniya marşrutunda boruların 98 faizi xəndəyə endirilib

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Albaniya marşrutunda boruların 98 faizi torpağa basdırılıb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, 2016-cı ilin aprelində TAP-ın ilk boruları Albaniyaya çatdırılıb. Ötən 3 ildə boruların 98 faizi xəndəyə endirilib.

Xatırladaq ki, bu ayın əvvəlində TAP üzrə Albaniya sularında ilk dəniz borularının inşasına başlanılıb və borular müvəffəqiyyətlə sahilə çıxarılıb. Belə ki, TAP-ın dəniz hissəsinin mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) üzrə podratçısı İtaliyanın “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib. Polad borular sahilə 1,4 kilometr məsafədəki gəmidə qaynaqlanıb. Daha sonra sınaqlar aparılıb və borular dənizin dibinə endirilib. 1,8 kilometrlik ilk borular Fier (Albaniya) yaxınlığında sahilə çıxıb.

Uzunluğu 139 metr və eni 36 metr olan “Castoro 10” gəmisi boruları Albaniyanın dayaz sularında döşəməyə davam edir, bunun ardından fiber-optik kabelin çəkilişi də həyata keçiriləcək.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 17:16 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin