Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mart ayında gündəlik 798 min barrel neft hasil edib

Mart ayında gündəlik 798 min barrel neft hasil edib

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Nazirlikdən bildirilib ki, respublikada mart ayı üzrə gündəlik neft hasilatı 798 min barrel olub. Bunun 714 min barrelini xam neft, 84 min barrelini kondensat təşkil edib. Gündəlik 586 min barrel xam neft, 84 min barrel kondensat, 19,7 min barrel isə neft məhsulları ixrac olunub.

Cari ilin ilk rübü ərzində orta gündəlik neft hasilatı 799 min barrel təşkil edib.

Qeyd edək ki, 2018-ci il dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, bu ilin yanvarından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 17:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT
7 Oktyabr 2019 | 15:46
Neftdən nə xəbər?!
5 Oktyabr 2019 | 16:45
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə