Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İxraca dəstək” mövzusunda təlim keçiriləcək

 “İxraca dəstək” mövzusunda təlim keçiriləcək

“2019 İxraca dəstək” layihəsinin ikinci hissəsi üzrə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Gömrük Komitəsinin rəsmi dəstəyi ilə növbəti üç hissədən ibarət təlimlər təşkil olunacaq.

İİTKM-dən bildirilib ki, təlimlərdə yerli istehsalın xarici bazarlara çıxarılmasının stimullaşdırılması və asanlaşdırılması üzrə ixrac gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, ixrac biznes strategiyası və beynəlxalq daşınmada işlərin hansı mərhələlər ilə həyata keçirilməsi üzrə təlimlər keçiriləcək. Təlimlərin başlama vaxtı 10:00-dur. Təlimin müddəti 2 saatdır.

Təlimlər aprelin 23-də “İxrac gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” mövzusunda təlimçi Cabir Kamranov, aprelin 26-da “İxracda biznes strategiyası” mövzusunda təlimçi Azad Qəhrəmanov, mayın 3-də isə “İxrac gömrük əməliyyatında beynəlxalq daşınmanın hansı qaydada həyata keçirilməsi” mövzusunda təlimçi Nicat Şabanlı tərəfindən keçiriləcək. Təlimlər ödənişsizdir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

11 2019 17:39 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə