Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Baş katibi Liviyada siyasi dialoqu bərpa etməyə çağırıb

BMT Baş katibi Liviyada siyasi dialoqu bərpa etməyə çağırıb

Liviyada qan tökülməsinin qarşısını hələ almaq olar, amma buna qədər ölkədə çoxillik münaqişənin həlli üzrə siyasi dialoqu yenidən işə salmaq lazımdır.

BMT Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə jurnalistlərə bildirib ki, baş verən hadisələrin qarşısını almaq hələ gec deyil: “Atəşi və zorakılığı dayandırmaq və ən pisindən - dramatik qan tökülməsindən yayınmaq üçün gec deyil. Münaqişənin hərbi həllinin olmadığını, siyasi həllin vacibliyini anlamaq üçün hələ gec deyil".

Baş katib əlavə edib: "Mənim üçün aydındır ki, biz düşmənçilik hərəkətlərini tam dayandırmaq üçün vahid siyasi dialoqa yenidən başlamalıyıq".

 

“Xalq qəzeti”

11 2019 12:56 - SİYASƏT
SİYASƏT
11 Aprel 2019 | 16:46
Vyanadan sonrakı çaşqınlıq

Ən son xəbərləri səhifəmizdən də izləyin