Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıbaba Hüseynovun yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

Hacıbaba Hüseynovun yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində aprelin 13-də Mərkəzin "Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii musiqili tədbir keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində hazırlanıb.

Qeyd edək ki, "Unudulmayanlar” layihəsi Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi ən maraqlı iri miqyaslı layihələrdən biridir.Uzun illər davam edən və özünə geniş dinləyici auditoriyası toplayan bu layihə çərçivəsində böyük bəstəkar Qara Qarayevə, Bülbülcana, Xalq artistləri Həqiqət Rzayevaya, Şövkət Ələkbərovaya, tarzən Əliağa Quliyevə və başqalarına həsr olunmuş tədbirlər də bu layihə çərçivəsində baş tutub. Növbəti tədbirlərdən biri ustad xanənədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 130 illiyi qeyd olunan Seyid Şuşinskiyə həsr ediləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 2019 11:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə