Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan beynəlxalq teatr festivalında iştirak edəcək

Azərbaycan beynəlxalq teatr festivalında iştirak edəcək

Dağıstanda ilk Beynəlxalq Milli Teatr Festivalı keçiriləcək. "Derbent Portal" xəbər yayıb.

Festivalda Azərbaycan, Rusiya və Qazaxıstandan, təqribən, 20 teatr iştirak edəcək.

Tədbir aprelin 22-dən 29-dək Mahaçqalada Rus Dram Teatrının səhnəsində, həmçinin İzberbaş və Dərbənd teatrlarında baş tutacaq.

Festivalın ilk tamaşası Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının "İtirilən gün", son nümayişi isə Azərbaycan Dövlət Dram Teatrının "Ölülər" tamaşası olacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 2019 11:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə