Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regional forumda bölgələrdə yaradılacaq DOST mərkəzləri barədə məlumat verilib

Regional forumda bölgələrdə yaradılacaq DOST mərkəzləri barədə məlumat verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərinin yaradılması işləri davam edir. DOST layihəsi  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.

Bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumdakı çıxışında bildirib.

Forumda ayrı-ayrı rayonların İcra Hakimiyyətləri başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndləri, bölgənin sahibkarları iştirak ediblər.

Ş.Zülfüqarov DOST konsepsiyası, missiyası, əhaliyə göstəriləcək xidmətlər, regionlarda açılacaq DOST mərkəzləri və onların kateqoriyaları barədə məlumat verib. Qeyd edilib ki, ilk “DOST” mərkəzinin yaradılması işləri başa çatır və yaxın vaxtlarda Bakı şəhəri, Yasamal rayonunda açılışı olacaq. 2019-25-ci illərdə Bakı və regionlar üzrə 31 belə mərkəz yaradılacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2019 11:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin