Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Günərzi mərkəzləri ailələrin sosial xidmətlərə çıxışına imkan verir

Günərzi mərkəzləri ailələrin sosial xidmətlərə çıxışına imkan verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən icra olunan sosial xidmət layihələrinin bir istiqaməti də ölkəmizin müxtəlif bölgələrində günərzi mərkəzlərin yaradılmasına yönəlib.

Nazirliyin sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan müvafiq layihə çərçivəsində Masallı və Zaqatala rayonlarında da günərzi mərkəzlər yaradılıb. Hər iki mərkəz çətin həyat şəraitində olan 3-12 yaş arası 60-dək uşağı reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edir. Onlardan bir hissəsi sağlamlıq imkanları məhdud olan uşaqlardır.

Mərkəzlərdə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər görülür. Onlar maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilir, eyni zamanda məktəbdə oxuyan uşaqların ev tapşırıqlarının hazırlanmasına köməklik göstərilir. Uşaqların psixo-sosial inkişafı məqsədilə mərkəzlərdə sosial işçilər, pedaqoqlar, tərbiyəçilər, psixoloqlar çalışırlar. Uşaqlar gün ərzində 3 dəfə yeməklə təmin olunurlar.

Bu və ölkəmizin digər bölgələrində fəaliyyət göstərən günərzi mərkəzlərdə aparılan işlər nəticə etibarilə çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışına imkan verir. Qeyd olunan kateqoriyadan olan uşaqlarla aparılan səmərəli işlər onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına öz töhfəsini verir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 2019 11:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə