Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti ixrac missiyası Riqaya təşkil olunub

Növbəti ixrac missiyası Riqaya təşkil olunub

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Riqaya təşkil olunub. İxrac missiyasına şərab və digər spirtli içkilərin, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, missiyanın ilk günü Azərbaycan və Latviya şirkətləri arasında keçirilən işgüzar görüşdə hər iki tərəfdən 100-dək sahibkar iştirak edib. Görüşdə “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib, Azərbaycan məhsullarının Latviyaya ixracının genişləndirilməsi müzakirə edilib.

Aprelin 10-dək davam edəcək ixrac missiyası çərçivəsində Azərbaycanın Latviyadakı Ticarət Evində görüşlər keçiriləcək, ticarət şəbəkələrinə səfərlər təşkil olunacaq.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

9 2019 17:22 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə