Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağacəkmə aksiyaları keçirilib

Ağacəkmə aksiyaları keçirilib

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, ictimaiyyət  nümayəndələrinin iştirakı ilə respublika ərazisində kütləvi ağacəkmə aksiyaları keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 6-7 aprel 2019-cu il tarixlərində keçirilən aksiyalar zamanı paytaxtın inzibati rayonlarında ümumilikdə 3050, regionlarda isə meşə və qeyri-meşə fondu torpaqlarında yerli şəraitə uyğun 21770  ədəd müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.

Ağacəkmə aksiyaları davam edir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

9 2019 17:11 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə