Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oftalmoloqlar Hövsanda aksiya keçiriblər

Oftalmoloqlar Hövsanda aksiya keçiriblər

Oftalmologiya mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Mərkəz tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilmişdir. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Klinikanın bu oftalmoloji müayinələri keçirməkdə məqsədi pasiyentləri erkən müayinə-müalicə etmək, səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir. Bununla yanaşı 2018-ci ildən  mərkəzin səyyar qatarı fəaliyyətə başlayıb.

Mərkəzin avtomobil səyyar klinikası növbəti aksiyasını aprelin 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində keçirib. Aksiya zamanı 172 nəfər müayinə olunub. Müayinədən keçənlərdə ən çox katarakta, astiqmatizm, presbiopiya, miopiya, çəplik, diabetik retinopatiya, quru göz sindromu aşkarlanıb. Onlara mərkəzin mütəxəssisləri öz tövsiyələrini veriblər.

Qeyd edək ki, hazırda dünyada 300 milyon nəfər müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 16:44 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə