Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçirilib

Muğam Mərkəzində məşhur amerikalı yazıçı ilə görüş keçirilib

Beynəlxalq Muğam Mərkəzində "Söz" ədəbi layihəsi çərçivəsində amerika şairi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru Aleksandr Səlimov (Aleksandr Azim oğlu Səlimov) ilə görüş keçirilib. 

Mərkəzdən  bildirilib ki,tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin,Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Diaspora Komitəsi və Amirekan Ticarət Palatasının dəstəyi ilə reallaşıb.

Sonra Aleksandr Səlimov öz şeirlərini rus və ispan dillərində oxuyub, tamaşaçıların suallarına cavab verib.

Gecədə şair, tərcüməçi Səlim Babulaoğlu  çıxış edərək, Aleksandr Səlimovun yaracılığı haqqında fikirlərini bölüşərək  və onun şeirlərini ilk dəfə olaraq   azərbaycan dilində söyləyib.

"Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.

Bədii hissədə  Əməkdar artist Şəhriyar İmanov (tarda), pianoçu Tural Rafaelin  müşayiəti ilə Beynəlxalq Müsabiqələr Laureatı Lenay Seyidəlizadənin və Cavid Hacıyevin rəqs nömrəsi tamaşaçılara təqdim olunub.

Bakılı tamaşaçılar şairin yaradıcılığına böyük maraq göstəriblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 12:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə