Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ” rəqs kollektivinin Gürcüstan zəfəri

“Qarabağ” rəqs kollektivinin Gürcüstan zəfəri

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Böyük Qafqaz Rəqs” kuboku yarışması keçirilmişdir. Bir neçə dövlətin (Gürcüstan, Türkiyə, Azərbaycan və Qafqaz ölkələri) iştirak etdiyi rəqs kuboku müsabiqəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi də iştirak etmişdir.

Rəqs yarışması Tbilisi Olimpia İdman Kompleksində baş tutmuşdur. Həmin tarixdə, saat 16-00 – da öz ifasını uğurla təqdim edən Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin 10 yaşlılardan ibarət 8 uşağın iştirakı ilə rəqs kollektivi “Vals” nömrəsi ilə yarışın  birinciliyini– yarışın kubokunu və diplomlarını qazanmışdır.

Tbilisi  Şəhər Filarmoniyasında bir neçə ölkənin iştirakı ilə keçirilən yarışın növbəti mərhələsində rəqs nömrəsini təqdim edən rəqs kollektivimiz yarışmanın "Təşəkkür diplomu"nu və nümunəvi çıxışları ilə seçilən kollektivlər üçün nəzərdə tutulmuş Kubok əldə etmişdir. Beləliklə, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi yaxın gələcəkdə Gürcüstanın Batumi şəhərində baş tutacaq “Qızıl Ulduz” rəqs festivalına iştirak hüququ əldə etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 11:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə