Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qədəmlərin uğurlu olsun, 10 milyonuncu soydaşımız!”

“Qədəmlərin uğurlu olsun, 10 milyonuncu soydaşımız!”

Müstəqil Azərbaycan dövlətinin  10 milyonuncu sakininin dünyaya gəlməsini böyük sevinc və qururla qarışlayan paytaxtın Nəsimi rayonunun ictimaiyyəti “Qədəmlərin uğurlu olsun, 10 milyonuncu soydaşımız!” xitabı ilə müxtəlif aksiya və şənliklər keçirib.

10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təşkil edilən ağacəkmə iməciliyindən sonra Səməd Vurğunvə Vaqif  küçələrinin kəsişməsində yerləşən parkda təntənəli mərasim keçirilib. Aksiyada Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şənlikdə 200-dən artıq  məktəblinin və gəncin iştirakı ilə “10 milyon” fləşmobu nümayiş etdirilib, bu xoşbəxt rəqəmlə bağlı xalqımızın yeni arzu-diləklərinin rəmzi olaraq havaya rəngarəng şarlar buraxılıb. Tanınmış müğənnilər, incəsənət ustaları və rayonun Uşaq Gənclər İnkişaf mərkəzlərinin rəqs kollektivlərinin çıxışları iştirakçılara xoş əhval, şənliyə yüksək təntənə gətirib.

Sonda Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə hazırlanmış “Qədəmlərin uğurlu olsun” tortunu iştirakçıların alqış sədaları altında şənliyin ən yaşlı və ən gənc iştirakçısının kəsməsi mərasimə əlavə şirinlik bəxş edib.

 

R.TAHİR,
“Xalq qəzeti”

9 2019 11:46 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə