• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429; № 5, maddələr 915, 927; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli  195 nömrəli  Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:
“18. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adından:
18.0. Məcəllənin 469.1-ci (icbari tibbi sığortaya münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - İdarə Heyətinin sədri, sədrin müavinləri, İdarə Heyətinin üzvləri, departament, idarə, xidmət, filial və nümayəndəliklərinin rəhbərləri, şöbə müdirləri, koordinatorlar, baş məsləhətçilər.”.
 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2018-ci il

30 2018 00:44 - FƏRMANLAR
FƏRMANLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin