Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqasının dörddəbir finalının ilk oyunlarının hakimləri təyin olunub

“Futbolhd.ru”nun məlumatına görə, UEFA Çempionlar Liqası dörddəbir finalının ilk oyunlarının hakimlərini təyin edib

Bildirilir ki, “Mançester Yunayted”-“Barselona” oyununu Canluko Rokkinin başçılığı ilə italiyalı hakimlər briqadası idarə edəcək. 45 yaşlı referiyə assistentləri Filippo Meli və Matteo Passeri kömək edəcək. Ehtiyat hakim Daniele Orsatodur. Referinin videoköməkçiləri isə Massimiliano İrrati və Marko Qvidadır.

“Ayaks”-“Yuventus” matçında Karlos del Serronun rəhbərliyi ilə İspaniyadan olan hakimlər briqadası çalışacaq. 43 yaşlı referiyə assistentləri Xuan Yuste və Roberto Alonso yardımçı olacaqlar. Ehtiyat hakim Tasos Sidiropulos, referinin videoköməkçiləri Alexandro Ernandes və Xuan Martinesdir.

Qeyd edək ki, qarşılaşmalar aprelin 10-da, Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

 

E.ABBASOV,
“Xalq qəzeti”

8 2019 17:40 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə