• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli  241 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanını “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 
№ 1, maddə 20; 2003, № 10, maddə 585; 2008, № 8, maddə 716; 2016, 
№ 6, maddə 1060; 2018, № 2, maddə 212) 2-ci hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsində “qurum” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.
 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2018-ci il

30 2018 00:42 - FƏRMANLAR
FƏRMANLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin