Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Angela Merke razılaşmasız “Brexit”in əleyhinədir

Angela Merke razılaşmasız “Brexit”in əleyhinədir

“Avropa İttifaqı razılaşmasız “Brexit”in qarşısını almaq üçün sona qədər əlindən gələni etməyə hazırdır”. Bunu Almaniya kansleri Angela Merkel irlandiyalı həmkarı Leo Varadkarla keçiridiyi mətbuat konfransında  bəyan edib. Məlumatı “Sputnik” yayıb.

Xanım Merkel bildirib ki, ittifaq bu istiqamətdə çalışacaq, lakin Britaniya siyasətçiləri də “Brexit”lə bağlı vahid mövqe ortaya qoymalıdır. Onun sözlərinə görə, ölkənin razılaşdırılmış qaydada təşkilatı tərk etməsi  təkcə Birləşmiş Krallığın deyil, həm də Avropa İttifaqının maraqlarına xidmət edir. İrlandiyanın baş naziri Leo Varadkar öz növbəsində Avropa İttifaqı liderlərini bu məsələdə təmkinli olmağa çağırıb. Sərt sərhəd nəzarətinin yaradılmasının əleyhinə olduğunu vurğulayan baş nazir işçi qüvvəsinin və ticarətin sərbəst hərəkətinin təmin olunmalı olduğunu diqqətə çatdırıb. “Biz İrlandiyanın Avropa vahid bazarının arxa qapısı olmasını istəmirik,”-deyə Varadkar əlavə edib.

 

E.ABBASOV,
“Xalq qəzeti”

8 2019 15:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə