Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərəcək

Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərəcək

Boris Eyfmanın teatrı Bakıda öz tamaşasını göstərəcək Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrının yaradıcı kollektivi aprelin 25-də ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.

Teatrdan  bildirilib ki, yaradıcı kollektiv "Günahın o biri tərəfi” adlı baleti ilə tamaşaçıların görüşünə gələcək. Tanınmış balet truppasının Bakı qastrolu X Beynəlxalq M.Rostropoviç Festivalı çərçivəsində reallaşacaq.

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi” baleti M.Dostoyevskinin "Karamazov qardaşları” romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir.

Qeyd edək ki, B.Eyfman tərəfindən tamaşanın ilk quruluşu 1995-ci ildə gerçəkləşib. Baletin Sankt-Peterburq şəhərində premyerası 2013-cü il aprelin 29-da olub.

 

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

8 2019 15:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə