Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Oturacaqlar” filmi Brüssel Qısa Film Festivalında

“Oturacaqlar” filmi Brüssel Qısa Film Festivalında

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin "Oturacaqlar" filmi Belçikada keçirilən Brüssel Qısa Film Festivalının Beynəlxalq və "Next Generation" müsabiqə mərhələlərinə dəvət alıb.

 Brüssel şəhərində təşkil ediləcək festival aprelin 25-dən mayın 5-dək davam edəcək.

Azərbaycan və İngiltərə birgə istehsalı olan ekran əsərinin ssenarisi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssamı və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 2019 14:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə