• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli  3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №3, maddə 509) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Müşahidə Şurasının sədri
Məmmədəliyev Yusuf Ülfət oğlu     -    Azərbaycan   Respublikası  Prezidenti Administrasiyasının Gənclər siyasəti və  idman məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Babayev İntiqam Vaqif oğlu  -  Azərbaycan Respublikası gənclər  və idman nazirinin müavini
Vəliyeva Məhəbbət Məhərrəm qızı  - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Kərimli Mətin İmdad oğlu -  Azərbaycan Respublikası əmək 
və əhalinin sosial müdafiəsi nazirinin müavini
Məcidova Məryəm Teymur qızı  - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
Orucov Seymur Vaqif oğlu  - “Gənclərin İntellektual İnkişafına 
Yardım” İctimai Birliyinin idarə heyətinin sədri
Vəliyev  Seymur Aydın oğlu  -   “Gələcəyə Körpü” Gənclər İctimai  Birliyinin  sədri 
Ağabəyli Murad Asif oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai 
Birliyinin İcraçı direktorunun müavini.”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2018-ci il

30 2018 00:37 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin