Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətləri açıqlanıb

İsraildə Qarabağ, Xocalı soyqırımı həqiqətləri açıqlanıb

Azərbaycanın bir qrup fəal qadınıi İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə görüşüb. Görüşdə Akko Azərbaycan evinin rəhbəri, Akko Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Şirin Nexamiya Mixaeli və İsraildə Bakı Beynəlxalq multikulturalizm mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut iştirak edib. Akko şəhərinin meri bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqının tərəfindədir. Bu münaqişədə son hadisələr bir daha sübut etdi ki, Azərbaycan qeyri-müəyyən status-kvonu qəbul etməyəcək, ona görə də Azərbaycanın mövqeyini ədalətli və beynəlxalq hüququn normalarına uyğun hesab edirəm.

Şimon Lankri fikrini belə bildirib: "Biz israillilər sözdə deyil, əməldə müharibə və terrorun nə olduğunu bilirik. 2 ay bundan əvvəl Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində rəhbərlik etdiyim şəhərdə ən yüksək səviyyədə Xocalıda baş verən soyqırım aktına həsr olunan sənədli foto- sərgi təşkil edilmişdi. Məni şəxsən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik və vandalizm aktları haqqında olan bu foto-sərgi və tədbir çox sarsıtdı. Mən ümid edirəm ki, işğal altında olan Azərbaycan torpaqları tezliklə azad ediləcək və Azərbaycanlı məcburi köçkünlər öz evlərinə qayıda biləcəklər".

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva Akko merinə və Azərbaycan dağ yəhudiləri icmasına "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən foto-sərgiyə görə öz təşəkkürünü bildirib. O deyib: "Azərbaycanın mülki əhalisini azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirdilər. Ermənilərin törətdikləri vəhşiliklər barədə bütün dünya bilməlidir və bu vəhşiliyi törədən cinayətkarlar beynəlxaq məhkəmə qarşısında cavab verməlidir. Holokost kimi dəhşətli soyqırımı yaşamış yəhudi xalqı Xocalı soyqırımı ilə nəticələnən erməni faşizmini hamıdan daha yaxşı anlaya bilər.Şimon Lankri Azərbaycanın İsraildə əsl və həqiqi dostudur. Azərbaycana dəstək göstərməklə yanaşı, siz bizim Azərbaycan icması üçün böyük layihələr həyata keçirirsiniz. Sizin təşəbbüsünüzlə İsraildə Azərbaycandan olan dağ yəhudilərinin Koordinasiya Mərkəzi və Akkoda Azərbaycan Evi yaradılmışdır ki, bu da Azərbaycan və İsrail arasında strateji əməkdaşlığın əsl və real körpüsü rolunu oynayır".

Deputat  Azərbaycanda Prezident İ.Əliyevin rəhbərliyi altında ölkədə görülən işlər və əldə edilən uğurlar, Birinci vitse-prezident M.Əliyevanın rəhbərliyi altında qadınlarımızın cəmiyyətdə rolunun daha da genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib, eyni zamanda Azərbaycanın iqtisadi, turizm potensialı, mədəniyyəti, Qarabağ həqiqətləri bağlı da geniş məlumat verib.

Tədbirdə çıxış edən Akko Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri və Akkoda Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaeli Şimon Lankrinin İsrail-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsində böyük rolunu qeyd edib.  Akko şəhərinin meri qeyd etdi ki, Azərbaycana səfəri zamanı şəxsən özü Azərbaycanın xalqının qonaqpərvərliyini, tolerantlığını, multikulturalizmini hiss edib.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadını Akkoda Azərbaycan Evində Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb. Akkoda Azərbaycan Evinin fəaliyyətinin vacib olduğu bildirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 2019 16:39 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə