Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edənləri yağışlı hava şəraiti gözləyir. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

6 2019 16:23 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə