Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaz ağacəkmə kampaniyası davam edir

Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları və ETSN-nin kollektivi iştirak edib.

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Zığ yolunda başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı 2 hektar ərazidə 1500 badam ağacı əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC  və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağacəkmə aksiyalarına qoşulmağa çağırır.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

6 2019 16:15 - EKOLOGİYA
EKOLOGİYA
14 May 2020 | 10:05
Ov edən şəxs saxlanılıb

Köhnə versiyamızdan xəbərləri izlə