Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada kinorejissor Əjdər İbrahimovun yubiley gecəsi

Moskvada kinorejissor Əjdər İbrahimovun yubiley gecəsi

Moskvada SSRİ Xalq artisti, kinorejissor Əjdər İbrahimovun 100 illiyinə həsr edilmiş tədbir təşkil olunacaq.

Rusiya Kinematoqrafçılar İttifaqı, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Moskvadakı səfirliyinin təşkilatçılığı ilə aprelin 24-də tanınmış Azərbaycan və Rusiya kinorejissoru, ssenariçisi, professor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd ediləcək. Rusiya Mərkəzi Ədiblər Evinin Yazıçılar klubunda keçiriləcək “Məhəbbətim mənim, kədərim mənim” adlı yubiley gecəsini kinoşünas Andrey Şpagin aparacaq.

Gecədə tanınmış incəsənət xadimləri, Əjdər İbrahimovun sənət yoldaşları, tələbələri və yaradıcılığının pərəstişkarları iştirak edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 2019 12:14 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə