Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FİDE Prezidenti: yarışların təşkilinə, şəmkirlilərin isə istiqanlılığına söz ola bilməz

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Şəmkir şəhərinə gəlib.

Rusiyalı funksionerin səfərinin məqsədi Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" superturnirini izləməkdir.

A.Dvorkoviç burada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

FIDE rəhbəri yarışın V turu çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov(Azərbaycan) görüşündə ilk gedişi edib.

Şəmkirdə mətbuat konfransı keçirən Arkadi Dvorkoviç yarış və yerli əhalidən razılıq ifadə edib: “Superturnir yüksək səviyyədə təşkil olunub. Bura ilk dəfədir gəlirəm. Yarışların təşkilinə, şəmkirlilərin isə istiqanlığına söz ola bilməz”.

Dvorkoviç "Shamkir Chess" iştirakçıları arasında dünya çempionu Maqnus Karlsen haqqında danışıb və deyib ki, onun oyunu daha çox maraq doğurur.Bu da təbiidir, çünki o, dünyanın ən güclü şahmatçısıdır. Burada əsas fərq budur. Onun fərqləndirici xüsusiyyəti partiyalar zamanı diqqətini maksimum dərəcədə öz oyununa kökləməsi və öz üzərində çox işləməsidir".

FİDE Prezidenti Dvorkoviç Şəmkir Heydər Əliyev Mərkəzi ilə də tanış olub.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

5 2019 10:54 - İDMAN
İDMAN
7 Avqust 2020 | 22:14
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə