Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstandan gələn avtomobildə dərman preparatları aşkarlandı

Gürcüstandan gələn avtomobildə dərman preparatları aşkarlandı

      Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn           Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. 

        Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük                      nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonundakı arxa aynanın qarşısında -                      sellofan  torbaların içərisində və ön oturacağın ayaqaltlığının altında üzərində "Phistoclozanid 500" yazısı olan 300 ədəd həb, üzərində gürcü əlifbası ilə           yazılar olan 50 qramlıq 20 flakon, 10 qramlıq 80 flakon və 20 qramlıq 20 flakon dərman preparatları aşkarlanıb.

 

       

 

Anar Əliyev,
“Xalq qəzeti”

4 2019 16:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə