Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Müharibə əlilləri daim Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub

Deputat: Müharibə əlilləri daim Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub

Müharibə əlilləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub.

Deputat Rauf Əliyev bildirib ki, Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq: "Aprelin 3-də Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək texnologiyalı protezlərlə təmin olunan əsgər və zabitlərlə görüşü üç il bundan əvvəl Aprel döyüşlərində ordumuzun qələbə gününə təsədüf etdi. Bu görüş bir daha göstərir ki, Qarabağ müharibəsində, o cümlədən Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin sağlamlıqlarının bərpa olunması, fəal həyata qayıtmaları üçün müvafiq tədbirlərin görülməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi nəzarətindədir və bu şəxslər onun diqqət və qayğısı ilə əhatə olunub".

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi həyata keçirilir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reablitasiya vasitələri ilə təmin olunması məqsədilə Protez-Ortopedik Bərpa Mərkəzinin nəzdində xüsusi sex yaradılıb. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezlərə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirilib, onlar yüksək texnologiyalı protezlərlə təmin olunublar. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb".

R.Əliyev əlavə edib ki, bu layihənin davamı olaraq 2018 və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub: "Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətlərini davam etdirir. Bu tədbirlərin həyata keçirilməsi sayəsində xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabit və əsgərlər özlərini cəmiyyətdən kənar hiss etmirlər və dinamik həyat fəaliyyəti ilə məşğul olan insanların arasındadırlar.

Bu görüş göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlıqlarını itirmiş əsgər və zabitlərimiz Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub, bu şəxslərin həyat və fəaliyyətləri ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll edilir və bu belə də olacaq".

4 2019 15:04 -
18 May 2019 | 22:29
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə