Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Denis Manturov: Rusiya Azərbaycanla birgə müəssisələrin yaradılmasını prioritet hesab edir

Nazir Denis Manturov: Rusiya Azərbaycanla birgə müəssisələrin yaradılmasını prioritet hesab edir

Rusiya sənaye sektorunda birgə müəssisələrin yaradılmasını Azərbaycanla əməkdaşlıqda prioritetlərdən biri hesab edir.

Bakıda səfərdə olan Rusiyanın sənaye və ticarət naziri Denis Manturov RF sənaye müəssisələrinin Azərbaycana işgüzar missiyasına həsr olunmuş tədbirdə bildirib ki, hazırda iki ölkə arasında prioritet istiqamətlərdən biri sənaye sektorunda birgə müəssisələrin yaradılmasıdır: "Rusiya Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır və yaxın gələcəkdə bu sahədə tərəfdaşlığın möhkəmləndiriləcəyinə ümid edir".

D.Manturov vurğulayıb ki, Rusiya şirkətləri ixrac potensialını və Azərbaycanda öz səriştələrini fəal şəkildə artırırlar.

Qeyd edək ki, rusiyalı nazirlə yanaşı, Bakıya iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, İKT, avtomobil istehsalı, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox Rusiya şirkətinin nümayəndələri də gəlib.

4 2019 14:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə