Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq

Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq

Aprelin 5-də Akademik Milli Dram Teatrında "Medeya Evripidə qarşı" tamaşası təqdim olunacaq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstanın Mesxeti (Axalçixi) Peşəkar Dövlət Dram Teatrında Janri Kaşianın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın rejissoru Georgi Şalutaşvilidir.

Tamaşanın səhnəqrafiya işi Lela Peradzeyə, geyim üzrə rəssam işi Nana Koranaşviliyə, xoreoqrafiya Tamta Tavdişviliyə məxsusdur.

Qeyd edək ki, tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında 2018-ci ilin noyabrın 14-də imzalanan Memorandum çərçivəsində təqdim olunacaq.

Azərbaycan və Gürcüstan respublikaları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə xidmət edən Memorandum gələcək faydalı teatr əməkdaşlığına töhfə verəcək mühüm razılaşmadır.

İttifaqlararası Memorandum çərçivəsində keçiriləcək daha bir tədbirdə  - Azərbaycanın Gəncə Dövlət Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Dövlət Teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanacaq. Mərasim aprelin 5-də Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.
 

M .MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 13:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə