Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mayk Pens ABŞ-ın Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Mayk Pens ABŞ-ın Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Vaşinqton Rusiya ilə orta və yaxın mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır.

"RİA Novosti"nin yaydığı məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib: "Amerika Rusiya ilə dialoq üçün açıqdır və ümid edir ki, onlar orta və yaxın mənzilli raketlərin ləğvi haqqında razılaşmaya tam riayət olunmasına yol tapa biləcək".

Vitse-prezident əlavə edib ki, Rusiya razılaşmanın şərtlərini pozan raketi məhv etmək istəmir, buna görə də bizim razılaşmadan çıxmaq barədə 6 ay əvvəl yazılı şəkildə xəbərdarlıq etməkdən başqa yolumuz qalmadı.

Xatırladaq ki, oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və yaxın mənzilli raketlərin ləğvi haqqında razılaşmadan çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu razılaşmadan çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşma 1987-ci ildə Vaşinqtonda imzalanıb.
 

"Xalq qəzeti"

 

4 2019 13:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə