Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin vitse-prezidenti: ABŞ seçim etməlidir

Türkiyənin vitse-prezidenti: ABŞ seçim etməlidir

ABŞ Türkiyə ilə dostluq münasibətləri və terrorçuların dəstəklənməsi arasında seçim etməlidir. Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay öz "Twitter" səhifəsində yazıb.

F.Oktay bildirib: "ABŞ seçməlidir: Onlar Türkiyənin müttəfiqi olaraq qalmaq və ya terror təşkilatları ilə əməkdaşlıq edərək və öz müttəfiqinin düşməndən müdafiəsinə zərər yetirərək, bizim dostluğumuzu riskə atmaq istəyir?"

Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens öz "Twitter" səhifəsində Türkiyəni NATO-nun təhlükəsizliyi və Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması arasında seçim etməyə çağırıb: "Türkiyə seçməlidir: Tarixdə ən uğurlu hərbi alyansın vacib tərəfdaşı olaraq qalmaq və ya bizim alyansı pozan düşünülməmiş qərarlar qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyini riskə atmaq istəyir?"

 

4 2019 12:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə