Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustanda Aprel döyüşçüsü ilə görüş olmuşdur

Qobustanda Aprel döyüşçüsü ilə görüş olmuşdur

Qobustan Rayon İcra Hakimiyyətində üç il əvvəl şanlı Aprel döyüşlərində düşmənin xeyli hərbi texnikasını məhv edən, Poladlı kəndindən olan Azərbaycan Ordusunun zabiti, mayor Mirdaməd Bağıyev ilə görüş keçirilib. O, döyüşdə yaralanmasına baxmayaraq, sonadək vuruşaraq qəhrəmanlıq göstərib. Bu şücaətinə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətənə xidmətə görə medalı ilə təltif olunub.

Görüşdə zabit M.Bağıyev erməni təxribatına qarşı döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığından, yüksək döyüş əhval-ruhiyyəsindən, düşmənə layiqli, sarsıdıcı zərbə endirilməsindən fərəhlə danışıb. Aprel döyüşlərində ermənilərə məxsus onlarla tankın, artilleriya və möhkəmləndirilmiş mühəndis qurğularının, xeyli canlı qüvvənin məhv edildiyini deyən zabit torpaqlarımızın azadlığı uğrunda hər bir əsgərin, zabitin, gəncin hazır olduğunu, Ali Baş Komandanın əmrini gözlədiyini söyləyib.

Görüşdə Azərbaycan Ordusunun yüksək döyüş əzmindən ətraflı bəhs olunub.

Sonda mayor Mirdaməd Bağıyevə rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman verilib.
 

Səməd HÜSEYNOĞLU

“Xalq qəzeti”nin bölgə müxbiri

4 2019 12:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə