Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna MSK protokolları hesablayıb

Ukrayna MSK protokolları hesablayıb

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərində protokolların 100 faizini hesablayıb.

Hesablamaların nəticəsinə əsasən, namizədlərdən heç biri qələbə üçün lazımi sayda səs toplaya bilməyib.

İkinci tura seçicilərin 30,24 faiz səsini yığan aktyor Vladimir Zelenski və hazırkı dövlət başçısı Petro Poroşenko (15,95 faiz) qalıblar. “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko seçicilərin 13,4 faizinin, Yuri Boykonun “Həyat naminə -- müxalifət platforması” isə 11, 67 faizinin səsini almışdır.   

Seçkilərin ikinci turu aprelin 21-nə təyin olunub.

 

   “Xalq qəzeti”

4 2019 11:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə