Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 137 Bakı şəhəri, 1 aprel 2019-cu il
 
Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 
119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın katibi
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.
2. Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim edilir.
3. Bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilsin.
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə