Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağac tinglərinin paylanılması aksiyası davam edir

Ağac tinglərinin paylanılması aksiyası davam edir

“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.

Növbəti aksiya 4 aprel 2019-cu il tarixində Bakının Xətai rayonunda Bakı kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda Sevinc kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu,  Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

3 2019 16:40 - EKOLOGİYA
EKOLOGİYA
21 Avqust 2019 | 10:44
Volqoqradda güclü istilər
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir
16 Avqust 2019 | 17:37
Peterburqa qar yağıb

Köhnə versiyamızdan xəbərləri izlə