Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa: rayon rəhbəri dedi ki, sizə böyük etimad göstərilib, gərək onu doğruldasınız...

Ağstafa: rayon rəhbəri dedi ki, sizə böyük etimad göstərilib, gərək onu doğruldasınız...

Ağstafada gənclərin hərbi xidmətə təntənə ilə yolasalınma mərasimi keçirilmişdir.Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, müharibə veteranları, rayon ağsaqqalları, Qarabağ müharibəsi əlliləri, çağırışçı gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstləri qoymuşlar.    

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev toplantıda çıxış edərək hərbi xidmətə yola düşən gəncləri təbrik etmiş, onları Vətənin müdafiəsi kimi müqəddəs işdə ayıq- sayıq olmağa çağırmış, hərbi nizamnamələrin və komandirlərin tələblərinə əməl etməyi, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə etmişdir. Azərbaycan ordusunun yaranma tarixindən, ölkə başçısı cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlərdən danışan rayon rəhbəri demişdir ki, sizin hər biriniz bu etimadı doğrultmalısınız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nazim Çələbiyev çıxış edərək demişdir ki, çağırışçıların hər biri artıq hansı hərbi hissədə qulluq keçəcəklərini qabaqcadan bilir. O, yola salınan gənclərə uğurlu xidmət arzulamışdır.

Daha Sonra valideynlər çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildirmiş, onlara vətənin layiqli əsgərləri olmağı tövsiyə etmişlər.       

Sonda çağırışçılar müqəddəs Quran kitabının altından keçmiş və dövlət bayrağını öpərək hərbi hissələrə yola düşmüşlər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

3 2019 16:11 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə