Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuzda heyvanlar arasında peyvəndləmə və müayinə tədbirləri aparılır

Oğuzda heyvanlar arasında peyvəndləmə və müayinə tədbirləri aparılır

Hazırda bütün ölkədə olduğu kimi, Oğuz rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Oğuz Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun 33 kənd və 1 şəhərində aparılır.

Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında iribuynuzlu, təkdırnaqlı heyvanlarda, donuz, it və körpə cücələrdə xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Fevral ayından Oğuz rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 22911 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Mart ayının ilk günlərindən isə Oğuz Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklər, o cümlədən qan-parazitar və invazion xəstəliklərə görə sahibkarın vəsaiti hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Oğuzda  saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.   

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

Z.BƏŞİRQIZI,
“Xaıq qəzeti”

3 2019 12:44 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə