Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiçik fibroadenomanın müalicəyə ehtiyacı yoxdur

Kiçik fibroadenomanın müalicəyə ehtiyacı yoxdur

Son vaxtlar gənc xanımlar arasında süd vəzi xəstəlikləri arasında fibroadenomalar geniş yayılıb. Bəzən bu xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyindən narahat olurlar. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir. Bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel Qəmbərova məlumat verib.

Fibroadenomalar əsasən 18-40 yaş arası rast gəlinən süd vəzi törəməsidir. Fibroadenoma sərt bir kütlədir, kistadan fərqli olaraq, hətta 1 sm olduqda belə, əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə bilər, sayı arta bilər.  Müəyyən müddətdən sonra mütləq fibroadenomanın tərkibinin analizi aparılmalıdır. Çünki bu kütlənin həcmi dəyişə bilər. Bu da insanı çaşdıra bilər. Fibroadenomalar hamiləlikdə, süd vermə dövründə böyüyə bilər, zahılıq dönəmində isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə çatır, menopauza dönəmində isə ölçüləri kiçilir.

Fibroadenomalar əldə hərəkətli, kənarı sərt, dəqiq bir kütlə kimi hiss olunur. Radioloji olaraq diaqnoz USM və Mammoqrafiya ilə qoyulur, ancaq mütləq şəkildə sitoloji verifikasiya tələb edir.

Əgər fibroadenoma agrı vermirsə, ölçüsü kiçikdirsə, kontrol müayinələrdə ölçü böyümürsə, biopsiya ilə diaqnozu dəqiqləşibsə, onda müalicəyə ehtiyac yoxdur, yalnız və yalnız kontrol USM və Mammoqrafiya tələb olunur.

Əgər ölçü böyükdürsə və ağrı verirsə, biopsiyada şübhəli bir durum aşkarlanırsa, cərrahi müdaxilə tələb olunur. Qeyd etmək lazımdır ki, fibroadenomanın konservativ müalicəsi yoxdur. Əməliyyat növü mammoonkoloq - cərrah tərəfindən seçilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2019 12:38 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə