Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları mövcud formatda davam etdirməyə məcbur oldu

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları mövcud formatda davam etdirməyə məcbur oldu.

Bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva vurğulayıb ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini, eyni zamanda, geniş tərkibdə aparılan görüşün yekunu üzrə verilən bəyanatı təhlil etdikdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı və qətiyyətli mövqeyinin daha da möhkəmləndiyini aydın görə bilərik.
Deputat bildirib ki, Ermənistanın yeni rəhbərliyi hakimiyyətə gəldiyi gündən ciddi-cəhdlə danışıqlar formatının dəyişdirilməsinə, qondarma rejimi də tərəf kimi danışıqlar prosesinə cəlb etməyə çalışırdı:
“Lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət nəticəsində Ermənistan rəhbərliyinin bütün cəhdləri boşa çıxdı. Əlbəttə ki, bundan sonra Ermənistan danışıqlar formatını dəyişməyin mümkün olmadığını görərək dialoqu mövcud formatda davam etdirməyə məcbur oldu. Vyana görüşünün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır. Bu baxımdan bu görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. Təkbətək görüş iki saatdan artıq davam edib, sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlərin görüşün yekunu üzrə birgə bəyanatında danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar vurğulanır.

 

2 2019 23:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə