Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: Ermənistan rəhbərliyinin son bəyanatları Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulunu təqdim etməsi tamamilə qəbuledilməzdir. Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda səslənib.
Bəyanatda deyilir: “Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini ciddi sual altında qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”.

AZƏRTAC

 

2 2019 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə