Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan xalqının səbri tükənməz deyil

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun 1994-cü ildən sonra ən irimiqyaslı əməliyyatı idi. Bu, onu göstərdi ki, Azərbaycan xalqının səbri tükənməz deyil.

Bunu “Xalq qəzeti”nə açıqlamasında Efiopioya Federal Demokratik Respublikasının Azərbaycandakı fəxri konsulu, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərov bildirib.
Fəxri konsul bildirib ki, Azərbaycan son illər bütün sahələrdə, o cümlədən hərbi sahədə kifayət qədər ciddi irəliləyişlər əldə edib. Vaxtilə olduqca zəif təminatlara malik olan Azərbaycan Ordusu bu gün Cənubi Qafqazın mübaliğəsiz olaraq ən güclü hərbi qüvvəsi, dünyanın ən güclü 50 ordusundan biri hesab olunur. Bunun nəticəsidir ki, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin qoşunlarımızın təmas xəttini keçməyə cəhd göstərməsi, təxribat-pozuculuq əməlləri ən sərt şəkildə cavabını aldı. İllərdir sülh danışıqlarından nəticə çıxarmayan, qeyri-konstruktiv mövqeyini tərk etməyən və tarixi torpaqlarımızı işğal altında saxlayan düşmən dövlətə Aprel zəfəri ilə ciddi, bəlkə də son xəbərdarlıq edildi. Azərbaycan Ordusu bu döyüşdə düşmənin 300-dən çox canlı qüvvəsini, xeyli sayda artilleriyasını məhv etdi. Nəticədə işğal altında olan Füzuli rayonunda yerləşən Lələtəpə yüksəkliyi və Tərtərin Talış kəndini nəzarətdə saxlayan strateji yüksəkliklər geri alındı. Hazırda Cocuq Mərcanlı kəndində həyatın yenidən öz əvvəlki axarına düşməsinin yeganə səbəbi də məhz Lələtəpə yüksəkliyinin ordumuz tərəfindən azad olunmasıdır.
C. Ələkbərov qeyd edib ki, Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, Ali Baş Komandanın əmri ilə tez bir zamanda işğal olunmuş torpaqları azad etməyə qadirdir. Bunu işğalçı dövlətin rəhbərləri də çox yaxşı dərk edirlər. Azərbaycanın iqtisadı gücü və potensialının gündən-günə inkişaf etməsi, Prezident İlham Əliyevin dünya liderləri arasında böyük nüfuza sahib olması Ermənistan rəhbərliyini yenidən substantiv danışıqların aparılması üçün masa arxasına keçməyə məcbur etdi.
Martın 29-da Azərbaycan və Ermənistan liderlərinin görüşünə də toxunan C. Ələkbərov əlavə etdi ki, Prezident İlham Əliyev Vyana görüşündə bir daha Azərbaycanın prinsipial ­mövqeyini ortaya qoydu:
“Dövlətimizin başçısı danışıqlar prosesi formatının dəyişməz olaraq qalacağı və münaqişə barədə dialoqun yalnız Ermənistanla Azərbaycan arasında aparıla biləcəyi barədə konkret mövqeyini bəyan etdi. Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaranmış sükutu pozdu, uzun müddətdir danışıqlar prosesi istiqamətində müşahidə olunan fasiləni aradan qaldırdı”.

 

Hazırladı: 
Anar TURAN, 
“Xalq qəzeti”

2 2019 23:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə